Hüseynbala Mirələmov təltif olunub


18:33     13 Fevral 2016 20130814_HUSEYNBALA%20MİRELEMOV.jpg

Milli Məclisin deputatı, yazıçı-dramaturq, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov türk dünyasında ədəbiyyatın, elmin və təhsilin inkişafına verdiyi töhfələrə görə “Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət medalı” ilə təltif olunub.


Femida.az-ın verdiyi xəbərə görə, mükafatı təqdim edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDUEA) məqsədi türk dünyasında və türk toplumlarının yaşadığı ölkələrdə türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaqdır. Yarandığı ilk gündən indiyə qədər dünyanın 30-dan artıq ölkəsinin universitetləri, tədqiqat institutları, akademiyaları, bioqrafiya mərkəzləri və qurumları ilə əlaqə quran akademiyanın ABŞ, Fransa, İtaliya, Almaniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Çin və digər ölkələrdə rəsmi təmsilçiləri fəaliyyət göstərir.

Qeyd edək ki, yazıçı-dramaturq Hüseynbala Mirələmov “Heydər Əliyev”, “İlham Əliyev: tərcümeyi-hal davam edir”, “Zərifə Əliyeva”, “Missiya” publisistik, “Yanan qar”, “Cəza”, “Gəlinlik paltarı”, “40-cı qapı”, “Sonuncu fateh” nəsr və “Xəcalət”, “Gəncə qapıları” dram əsərlərinin müəllifidir.

Açar sözlər:

Oxunub: 1407