Hüseynbala Mirələmovun vəziyyəti stabildir


20:35     08 İyun 2017 52003_0zwd00g58u1481360030_1496923480.jpg

Deputat Hüseynbala Mirələmovun vəziyyəti stabildir.


Mərkəzi Klinik Xəstəxanasından verilən xəbərə görə, hazırda deputatın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabildir.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb. Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1029