Vergidən yayınan şirkət prezidenti axtarışa verildi


15:43     22 Fevral 2016 ghh3.jpg

Azərbaycanda vergidən yayınan daha bir nəfər beynəlxalq axtarışa verilib.


Femida.az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1977-ci il təvəllüdlü Adil Ələsgərov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. A. Ələsgərov Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, A.Ələsgərov Azərbaycanda fəaliyyət göstərən “ADF” şirkətinin prezidentidir. Adı çəkilən şirkət ölkəyə avtomobil ehtiyat hissələri gətirirmiş.

Açar sözlər:

Oxunub: 1308