Vergidən yayınmaqda təqsirləndirilən iş adamı AZADLIQDA


20:03     17 Avqust 2017 20840757_788897427950257_1698847845655915093_n.jpg

Bu gün Xətai Rayon Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən Ağakərim Əkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az xəbər verir ki, bu barədə vəkil İlqar Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirlən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əkbərovun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, iş adamı olan A.Əkbərov Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. O, 416 min manat vergidən yayınmaqda təqsirli bilinərək həbs edilib.

Daha sonra məhkəmə A.Əkbərovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1745