79 yaşlı kişi yanaraq öldü - BAKIDA


21:23     22 Fevral 2016 meyid1.jpg

Bakı şəhəri, Pirşağı qəsəbəsində olümə səbəb olan yanğın hadisəsi baş verib.


Ə.Xəlil küçəsi, Bağlar massivindəki evdə elektrik qızdırıcısının yaxınlığında qurudulmaq üçün sərilmiş paltar alışaraq yanıb. Hadisə nəticəsində evdə tək yaşayan 79 yaşlı Eldar Həsrətov ağır dərəcəli yanıq xəsarətləri alıb.

O, 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır./report/

Açar sözlər:

Oxunub: 953