Ərzaq oğruları tutuldu


23:00     22 Fevral 2016 bfhdf556.jpg

Bakıda mağazadan oğurluq etmək istəyən şəxslər tutulub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Femida.az -a verilən məlumata görə, fevralın 20-də saat 06:00 radələrində Dövlət Sərhəd Xidmətinin Bakının Nizami rayonu ərazisində yerləşən hərbi hissəsinin növbətçisi, baş çavuş Əlbəndəyev Süleyman Qasımbala oğlu yaxınlıqdakı ərzaq mağazasından iki nəfər mülki şəxsin oğurluq etməyə cəhd göstərdiklərini görüb.

Hərbi hissə növbətçisi onları saxlamaq istəyərkən şəxslərdən biri hadisə yerindən qaçıb.

S. Əlbəndəyev həmin şəxsi təqib edərək saxlayıb və hər iki şəxsi hadisə yerinə çağırılan Nizami rayon polis idarəsinin əməkdaşlarına təhvil verib.

Açar sözlər:

Oxunub: 943