Ərzaq məhsulları ucuzlaşıb?


23:33     17 İyul 2016 erzaq%20mehsullari%20femida.jpg

Cari ilin iyun ayında Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 1,3 faiz ucuzlaşıb.


Bu məhsulların qiyməti yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, iyunda qeyri-ərzaq məhsullarının qiymətləri may ayına nisbətən 0,3 faiz, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 15,4 faiz bahalaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1541