Rusiya səhvən kürdləri bombaladı - YPG şokda


21:18     23 Fevral 2016 publika.az1450629680c3c2f1bc2346.jpg


Rus pilotlar (xələban) hava hücümü zamanı səhvən YPG kürd terror təşkilatının düşərgələrini bombalayıb. Vurulan düşərgənin YPG-nin əhəmiyyətli bir qərargahı olduğu hücumdan dərhal sonra aydın olub.


Femida.az -ın “Ans-press”ə istinadən yaydığı məlumata görə, çoxlu sayda itki verən YPG bu hadisədən sonra böyük bir qarışıqlıq yaşayıb. Verilən məlumata əsasən, kürd təşkilatı xeyli sayda canlı qüvvə ilə yanaşı ciddi maddi itkilərə məruz qalıb.

Əhəmiyyətli dərəcədə itki verən YPG rəsmiləri bu hadisəyə görə həm Suriya rejiminə, həm də Rusiyaya sərt bir mövqe sərgilənməsi lazım olduğu barədə fikirlə razılaşıb və bunu tərəflərə çatdırıblar. Rusiya bu hadisəyə görə, təəssüf hissi keçirdiyini, pilotların koordinatları səhv saldığını, bombardmanın nəticələrini kompensasiya etmək üçün lazım olan hər şeyi etməyə hazır olduqlarını bildirib.

Suriya rejimi isə bu səhvin onlardan qaynaqlanmadığını, bunun Rusiya ilə bağlı olduğunu qeyd edib. Onlar Rus pilotların bir müddət əvvəl də Suriya rejiminə aid əhəmiyyətli bir düşərgəni səhvən məhv etdiyini vurğulayıblar.

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi törəməsi olan YPG kürd terror təşkilatının rəhbərliyi bu cür hadisənin bir daha təkrarlanacağı halda çox ciddi tədbirlər görəcəklərini bildiriblər.

Açar sözlər:

Oxunub: 4752