Vaşinqtonda tornado həyacanı


13:45     25 Fevral 2016 f1c8dda5e35416b57990c7013374e73e(1).jpg

ABŞ-ın paytaxtı Vaşinqtonda tornado xəbərdarlığı elan edilib.


Femida.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər agentliyi məlumat yayıb.

Məlumata görə hazırda Vaşinqtonda güclü külək və ildırımla müşahidə olunan yağış yağır.

“Tornado barədə xəbərdarlıq qüvvədə qalır”, ABŞ Milli Hava Xidmətinin açıqlamasında deyilir.

Şəhərin bəzi ərazilərində daşqınların baş verəcəyi istisna edilmir. Sinoptiklərin proqnozlarına görə, küləyin sürəti saatda 100 km-ə çata bilər.

Açar sözlər:

Oxunub: 1016