Zərdabda maşın aşdı - Ölən və yaralanan var


06:39     05 İyun 2015 bmw_385677.jpg

Zərdabda bir nəfərin ölümü, bir nəfərin isə xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Femida.az xəbər verir ki, rayon polis şöbəsindən APA – ya məlumata görə, hadisə bu gün rayonun Sileyli kəndi ərazisində baş verib. Zərdab rayon sakini 1988– ci il təvəllüdlü Kərimov Sahil Kamal oğlu idarə etdiyi “BWM” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Sərnişini 1966 – cı il təvəllüdlü sürücünün həmyerlisi isə Abdullayev Namiq Güloğlan oğlu aldığı bədən xəsarətləri nəticəsində dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin qabaq şinlərində baş verən nasazlıq olub. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

Açar sözlər:

Oxunub: 914