Zəlimxan Yaqubun xatirə gecəsi keçiriləcək


13:37     01 Mart 2016 zelimxan%20y7.jpg

Martın 3-ü axşam saat 19:00-da Heydər Əliyev Sarayında xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun xatirə gecəsi keçiriləcək.


Femida.az xəbər verir ki, tədbirdə məşhur incəsənət ustaları, şairlər, aşıqlar, alimlər, ictimai xadimlər, habelə Türkiyə və İranın tanınmış aşıqları iştirak edəcək.

Qeyd edək ki, 2008-2016-cı illərdə Azərbaycan Aşıqlar Birliyinin sədri olmuş xalq şairi Azərbaycanda nəşr olunmuş və müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.

Femida.az

Açar sözlər:

Oxunub: 914