Siyavuş Novruzovun profili saxta çıxdı


21:37     05 İyun 2015 6e6da7ae10453b72e5f50f33f03331d2.jpg

“Sosial şəbəkələrdə - Feysbukda, istərsə də Tvitterdə, o cümlədən digərlərində heç bir ünvanım, hesabım, yaxud da profilim yoxdur. Mən ümumiyyətlə, sosial şəbəkə istifadəçisi deyiləm”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son günlər sosial şəbəkələrdə onun adından verilən fikirlərə münasibətini bildirərkən deyib.

YAP İcra katibinin müavini qeyd edib ki, əgər onun hər hansı bir açıqlaması, bəyanatı, müraciəti olarsa, həmin fikirlərini yalnız mətbuat vasitəsilə ictimai rəyə çatdırır:

“Azərbaycanda kifayət qədər mətbuat orqanı fəaliyyət göstərir. Bu və ya digər məsələlər barədə kim fikrimi öyrənmək istəyirsə, mətbuat vasitəsilə müraciət edir və maraqlandırılan suallara mənim tərəfimdən kfayət qədər dolğun cavab alır. Ona görə də sosial şəbəkələrdə adımdan hər hansı “rəylər”, “qeydlər” olursa, hər kəs 100 faiz əmin olsun ki, bu saxtakarların işidir. Biriləri adımdan saxta profil düzəldərək kimlərinsə maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu barədə bir ölçü götürüləcək”.

Qeyd edək ki, Siyavuş Novruzova məxsus olduğu iddia edilən saxta Feysbuk profilində qəbul imtahanlarında göstərilən aşağı nəticələrə görə Təhsil naziri Mikayıl Cabbarovu ittiham edilmiş, nazir "özünü təsdiqləyə bilməməkdə və təhsil strukturlarında yer alan xaosu ram edə bilməməkdə" günahlandırılmışdı.

Açar sözlər:

Oxunub: 4238