Meksika səfiri Zakir Fərəcovla görüşdü


15:12     03 Mart 2016 zakir%20fer4.jpg

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.


Səfirlkdən Femida.az-a verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfir Labardini ölkələrimiz arasında əməkdaşlığın potensialı, qarşılıqlı tanıtıma və yaxınlaşmaya xidmət edən milli mədəniyyətlər arasındakı oxşarlıqları qeyd edib.

Z.Fərəcov isə sənayə şəhəri olan Sumqayıtın tarixi barədə məlumat verib.

Görüşün sonunda tərəflər əməkdaşlıq əlaqələrinin genişlənməsi və möhkəmlənməsinə dair öz istəklərini ifadə ediblər.

Səfər çərçivəsində səfir Labardini Sumqayıt Kimya Sənaye Parkındakı müxtəlif fabrikləri ziyarət edərək orada həyata keçirilən istehsal prosesləri ilə tanış olub.

Açar sözlər:

Oxunub: 829