Meksikada da zəlzələ baş verib


13:40     14 Oktyabr 2017 zelzele%2017.jpg

Meksikanın cənub sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri San-Dionisio-del-Mar şəhəri yaxınlığında, ocağı isə 59,5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Ötən ay Meksikada iki güclü zəlzələ qeydə alınıb. Təbii fəlakət sentyabrın 7-də 70, 19-da isə 369 nəfərin həyatına son qoyub.

Femida.az

Açar sözlər:

Oxunub: 730