“Ona “suka”lığı sən öyrətmisən”


16:33     04 Mart 2016 gultekin%20h1.jpg

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb. Vətəndaşların ictimai asayişin təmin edilməsinə cəlb olunması istənilən halda mütərəqqi addımdır və polis-vətəndaş münasibətlərinin inkişafına yönəlib.


Lakin görünən odur ki, bu addım içimizdəki bəzi qüvvələri xeyli qıcıqlandırıb. Axı asayişin təmin olunmasında vətəndaşların iştirakı nə vaxtdan mənfi hal kimi qiymətləndirilir? Sözsüz ki, məsələyə bu cür yanaşanların ya düşünmə qabiliyyətlərində müəyyən qüsurlar var, ya da ki siyasi riyakarlıq onları bu cür düşünməyə vadar edir. Belə düşünənlərin təhsilli insanlar olduğunu nəzərə alsaq, ikinci daha ağlabatan görünür.

İşverənliyin, “suka”lığın nə anlama gəldiyini öz davranışları ilə hər zaman izah edən Gültəkin Hacıbəyli də bu mütərəqqi yeniliyi gözü götürməyənlərdəndir.

Məsələyə “Deyirlər, bundan sonra hökumət işverənləri rəsmi qaydada işə götürəcək, onlara əməkhaqqı verəcək. Bax, indi Azərbaycanda bir milyon iş yerinin açılacağına inandım”, – deyə münasibət bildirən Gültəkin Hacıbəyli, görünür, bu fikri söyləməklə öz keçmişini danmaq məcburiyyətində qalıb.



Lakin xalqın gözü tərəzidir. Kimin keçmişdə hansı əməllərlə məşğul olduğunu hamı çox yaxşı bilir.

Öz ailəsini belə şantaj edən bir qadın....

Gültəkin Hacıbəyli 2004-cü ilin avqustunda əri ilə boşandıqdan sonra millət vəkili statusundan istifadə edərək ərinin haqqı olan mülkiyyəti hədə-qorxu gələrək mənimsəməyə cəhd etmişdi. Bu barədə onun əri mətbuata verdiyi açıqlamada danışmışdı.

Bununla da gözü doymayan sabiq millət vəkili əri ilə birgə yaşadığı müddətdə statusundan istifadə edərək saxta sənədlər hazırlamış qaynanasının mülkiyyətində olan ikiotaqlı mənzili də satmağa cəhd etmişdi.

Maddi sərvət toplamaqdan ötrü heç nəyə məhəl qoymayan, heç bir dəyərə qiymət verməyən və millət vəkili statusundan sui-istifadə edən Gültəkin Hacıbəyli əlində olan mülklərdən gözü doymayıb və ərinə “mən sizin evə gəlin gəlmişəm və mənə mənzil verməlisiniz” şəklində hədə-qorxu gəlib.

Millət vəkili olan zaman seçildiyi rayonun sahibkarlarını sıxışdıraraq, hədə-qorxu gələrək onların mülkünü ələ alması da məlum faktlardandır. Göründüyü kimi, öz ailəsini, seçicilərini şantaj yolu ilə sıxışdıran qadın hakimiyyəti “işverənliyi” rəsmiləşdirməkdə günahlandırır.

Bundan başqa keçmiş deputat Mehdiabad kənd bələdiyyəsinə aid olan bir neçə torpaq sahəsini mediadakı imkanlarından istifadə edərək mənimsəmişdir.

Gültəkin Hacıbəyli bu əməllərini sonradan da davam etdirib. Belə ki, onun 15 yanvar 2015-ci il tarixində Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçən iclasda hakimi hədələməsi heç kəsin yaddaşından silinməyib.

P.S: Gültəkin Hacıbəyli medianı keçmişə səyahət etməyə vadar edir. Onun “işverən” deyib təhqir etdiyi xalq bu məsələdə zərərçəkmiş tərəfdir. Şair isə bu yerdə deyir:

“Ona “suka”lığı sən öyrətmisən”.


Femida.az

Açar sözlər:

Oxunub: 12012