Ən yaraşıqlı məhbus azadlıqda - FOTO


15:15     10 Mart 2016 cinayet%2038.jpg

Xarici görünüşünə görə internet istifadəçilərinin qəlbini fəth edən ən yaraşıqlı məhbus azadlığa çıxıb.


Femida.az xəbər verir ki, bu barədə New York Daily News məlumat verib.

Mənbənin verdiyi məlumata görə, 30 yaşlı Ceremi Miks artıq model biznesi ilə məşğul olmağı planlaşdırır.

Qeyd edək ki, Miks qanunsuz olaraq odlu silah saxladığına görə həbs olunmuşdu.

Onu da əlavə edək ki, fotosu sosial şəbəkələrdə yerləşdirildikdən sonra Miks birdən-birə məşhurlaşıb. Şəkil 100 mindən çox insan tərəfindən bəyənilib, 12,8 min dəfə paylaşılıb və təxminən 27 min şərh toplayıb.





Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4407