Restoranda adam öldü - Bakıda


20:57     10 Mart 2016 lüm.jpg

Bakıda restoranda ölüm hadisəsi baş verib.



Femida.az-ın əldə etdiyi məlumata görə, hadisə Mərdəkan qəsəbəsində yerləşən “Tropikanka” restoranında qeydə alınıb. Orada istirahət edən 1968-ci il təvəllüdlü Eldar Hacıbala oğlu Səfərəliyev qəfildən vəfat edib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.

İlkin ehtimala görə, E. Səfərəliyev ürək tutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1253