Marqvelaşvili Heydər Əliyevin məzarını ziyarət edib


21:10     10 Mart 2016 sss.jpg

Dördüncü Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili martın 10-da Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.



Femida.az əldə etdiyi məlumata görə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Gürcüstanın Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Giorgi Marqvelaşviliyə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Açar sözlər:

Oxunub: 759