Qırmızı Qəsəbədə unikal məktəb - VİDEO


23:54     10 Mart 2016 qirmizi%20qesebe.jpg

262 şagirdi olan İsaak Xanukov adına Qırmızı Qəsəbə 1 nömrəli tam orta məktəbində tədris rus və azərbaycan dillərində aparılır. İki növbədə keçirilən dərslər 45 müəllim tərəfindən tədris olunur. Bundan əlavə şagirdlərə ingilis dilindən də dərs deyilir. Yəhudi şagirdlərinin doğma ivrit dilində təhsil almaları üçün də şərait yaradılıb.


1963-cü ildən yaradılan məktəbdə hazırda yəhudi şagirdlərinin sayı 58 nəfərdir. Təhsil ocağının direktoru Yavuşva Simanduyev bildirir ki, bütün siniflərdə yəhudi və azərbaycanlı şagirdlərə rast gəlmək mümkündür. Məktəb ölkəmizdə müxtəlif dinlərə məxsus - Milad, Novruz və Roş-a-şana bayramlarını qeyd edən yeganə təhsil ocağıdır. Bundan başqa burada Azərbaycan xalqının başına gətirilən 20 Yanvar, Xocalı soyqırımı kimi faciələrə həsr olunan tədbirlər də təşkil olunur.

Məktəbin məzunları Azərbaycanla yanaşı, dünyanın bir sıra aparıcı universitetlərində təhsillərini davam etdirirlər. Onların arasında Kembric, Harvard, Oksford kimi nüfuzlu ali məktəbləri göstərmək olar.

Açar sözlər:

Oxunub: 1707