Qırmızı Samuxa ilk dəfə təbii qaz verilib


22:30     02 Sentyabr 2016 1432729161_qaz.jpg

Samux rayonunun Qırmızı Samux qəsəbəsinə ilk dəfə təbii qaz verilib.


SOCAR-ın mətbuat xidmətindən Femida.az-a bildirilib ki, 394 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 19 min 987 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 733