Apelyasiya Şurasının iclası keçirilib -Nazirlikdə


22:20     12 Mart 2016 xariic.jpg

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyində yaradılmış Apelyasiya Şurasının növbəti iclası keçirilib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iclasda Apelyasiya Şurasının fəaliyyəti ilə bağlı təşkilati məsələlər, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsində verilmiş tapşırıq və tövsiyələrin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.

İclasda, həmçinin İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə Apelyasiya Şurasında baxılması nəzərdə tutulan şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları qəbul olunub.

Açar sözlər:

Oxunub: 1316