Ekvadorda təyyarə qəzası: 22 nəfər ölü


13:48     16 Mart 2016 ekuadoere_28457767.jpg

Ekvadorun şərqində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 22 nəfər ölüb.


Femida.az xəbər verir ki, ölkənin Pastasa əyalətində baş verib. Bu barədə ölkə prezidenti Rafael Korrea "Tvitter" səhifəsində bildirib.

"Sağ qalan olmayıb. Onlar vətənimizin 22 əsgəri idi. Bu əsl faciədir", - deyə Korrea səhifəsində qeyd edib.

Məlumata görə, təyyarənin göyərtəsində 19 desant əsgər, iki pilot və bir mexanik olub.

Açar sözlər:

Oxunub: 889