Ekvadorda zəlzələ 233 ölü -Video


00:16     18 Aprel 2016 1460877342.jpg

Ekvadorda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 44-ə çatıb.

Femida.az xəbər verir ki, bu barədə “Röyter” agentliyinə ölkənin vitse-prezidenti Xorxe Qlas məlumat verib.

O, ölənlərin sayının artacağını istisna etməyib.

ABŞ-ın Geologiya Xidmətinin verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 23:58-də qeydə alınıb. Zəlzələnin episentri Pedernales yaşayış məskənindən 14 kilometr şimal qərbdə qeydə alınıb.

Zəlzələ ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb. 600-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.



Açar sözlər:

Oxunub: 1401