Onun şəhidliyinin 23 ilidir


14:38     17 Mart 2016 1923048_1063169223754569_378242593_n.jpg


Femida.az xəbər verir ki, şəhid Süleymanov Ravi Şərif oğlu 1959-cu ildə Qaradağlı kəndində doğulub. Orta təhsilini başa vurduqdan sonra 2 il sovet ordusu sıralarında hərbi xidmət keçib. 1992-ci ildə könüllü olaraq polkovnik-leytenant Elçin Əliyevin komandir olduğu bölükdə hərbi xidmətə başlayıb. Müharibənin qızğın vaxtlarında əsasən Ağdərə cəbhə bölgəsində ağır döyüş əməliyyatlarında iştirak edib. 1993-cu il 17 mart tarixində baş verən döyüşdə şəhid olub.

Allah rəhmət etsin.

Femida.az

Açar sözlər:

Oxunub: 1247