Onun adı verilmişdi: PKK partlatdı


20:51     21 Avqust 2015 onun-adi-verilmisti-pkk-patlatti-2008151200_m2.jpg

Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda terrorçular Ahmet Kaya körpüsünü partladıblar. Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Mardin qubernator administrasiyası məlumat verib.


Hadisə nəticəsində körpüyə zərər dəyib. Polis terrorçuların saxlanılması üzrə əməliyyata başlayıb.

“Separatçı terrorçu təşkilat tərəfindən son vaxtlar həyata keçirilən terror aktları əyalətimizin sosial-iqtisadi inkişafına zərər vurmağa yönəlib. Bu aktlar vətəndaşlarımızın iqtisadi və sosial fəaliyyət həyata keçirmək və səyahət hüququnun ləğvinə yönəldilib. Qubernator administrasiyası vətəndaşlarımızın həyatı və əmlakı təhlükəsizliyini təmin etmək, dinclik və təhlükəsiz ab-havanın saxlanılması, o cümlədən bütün növ terror hücumlarından müdafiənin təmini üçün tədbirləri qətiyyətlə yəyata keçirməyə davam edəcək”,- deyə bəyanatda qeyd edilir.

Açar sözlər:

Oxunub: 2001