Ölkədə qızıl hasilatı azalıb
03:30 18 Mart 2016
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 266,9 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaytisədə 20,6% azalma deməkdir.
Femida.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari il martın 1-nə 29,6 kq hazır məhsul ehtiyatı yaranıb.
Rəsmi statistikaya əsasən, bu müddətdə gümüş hasilatı isə 3,4 dəfə artaraq 41,8 kq təşkil edib. Hazır məhsul ehtiyatı 10,7 kq olub.
Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
Oxunub: 936
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Sabah ölkədə havanın temperaturu 29 dərəcəyədək artacaq
- Rusiya müdafiə xərclərinin ən çox olduğu ilk beş ölkədən biridir
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- Ukrayna DİN ölkədəki son durumla bağlı məlumat yayıb
- Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durum barədə məlumat verib
- Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək
- Ölkədə yağış və qar yağıb
- Türkiyə 5 ölkədən girişi qadağan etdi
- Dörd ölkədən diri quşların Azərbaycandan tranzitinə məhdudiyyət qoyulub