Rusiya axtarış işlərini dayandırdı


18:58     20 Mart 2016 1458467436.jpg

Bu gün səhər Rostov-Don şəhərində “Boeinq 737-800” tipli təyyarənin qəzaya uğradığı yerdə axtarış-xilasetmə işləri başa çatıb.



Femida.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar nazirinin birinci müavini Vladimir Stepanov məlumat verib.

Onun sözlərinə görə, 11 min kv.m sahəni əhatə edən axtarış-xilastetmə işləri səhər saat 9:00-da başa çatıb.

Xatırladaq ki, Dubaydan uçan “Boeinq 737-800” tipli təyyarə martın 19-na keçən gecə Rostov-Don şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində 55 sərnişin və 7 heyət üzvü olmaqla 62 nəfər həlak olub.

Açar sözlər:

Oxunub: 518