Xamenei ilə Ruhani ixtilafı yaranır - İran təhlükədə


19:58     20 Mart 2016 1458468982.jpg

İranın Ali dini lideri Ayətullah Əli Xamenei Prezident Həsən Ruhani ilə ölkənin iqtisadi hədəfləri mövzusunda razılığa gələ bilmir.



Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Xəbərə görə, dini lider “müqavimət iqtisadiyyatı” layihəsinin inkişaf etdirilməsini tələb edir. Lakin Ruhani digər ölkələrlə əlaqələrin inkişaf etdirilməsini, bu yolla iqtisadi yüksəlişə nail olacaqlarını müdafiə edir.

Ruhani İranın iqtisadi böyüməsi üçün digər ölkələrlə ticarəti əsas şərt sayır. Lakin Xamenei ölkənin düşmənləri olan ABŞ və müttəfiqlərindən gözlətilərin azaldılmasını istəyir.

Xatırladaq ki, Xamenei İranın Qərbin təsirinə düşəcəyi halda böyük zərər görəcəyini açıqlayıb.

Açar sözlər:

Oxunub: 2766