Xamenei ilə Rəfsəcani arasında qalmaqal


21:33     30 Mart 2016 1459342442.jpg

İranın sabiq prezidenti Haşimi Rəfsəncaninin Tvitterdə yazdığı “sabahın dünyası dialoq dünyasıdır, mərmi dünyası deyil” sözləri ölkədə böyük narazılığa səbəb olub.



Axar.az xəbər verir ki, dini lider Ayətullah Əli Xamenei paytaxt Tehranda Fatimeyi-Zəhranın mövludu münasibəti ilə keçirilən tədbirdə Rəfsəncanini xəyanətdə günahlandırıb:

“Əgər “sabahın dünyası dialoq dünyasıdır, mərmi dünyası deyil” cümləsi şüursuzca söylənmişsə, bu, ayrı bir mövzudur. Lakin şüurlu bir şəkildə deyilibsə, xəyanətdir”. Əgər İran dövləti yalnız texnologiya və dialoq arxasınca qaçsa, müdafiə gücünə sahib olmasa, kiçik bir dövlətin təhdidi qarşısında belə geri addım atmaq məcburiyyətində qalar. İran bütün vasitələrdən istifadə etməlidir. Mən hər kəslə olmasa da, siyasi dialoqa qarşı deyiləm. Dünya miqyasında siyasi dialoqu qəbul edirəm. Bu gün həm raket, həm də dialoq zamanıdır”.

Açar sözlər:

Oxunub: 1481