Gürcüstandakı kilsədə yanğın


23:26     20 Mart 2016 tiblisi7.jpg

Tbilisidəki Tsminda Samebada (Müqəddəs Üçlük) baş vermiş yanğın lokallaşdırılıb.


Femida.az xəbər verir ki, bu gün Gürcüstan Kilsəsinin əsas məbədi olan Tbilisidəki Tsminda Samebada (Müqəddəs Üçlük) yanğın baş verib.

Yanğın aşağı mərtəbədə yerləşən mətbəədə baş verib. Məbəddə çalışanlar bildiriblər ki, yanğın baş verən zaman insanlar dərhal evakuasiya edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi hələ də məlum deyil.

Açar sözlər:

Oxunub: 887