Hərbçilərimiz Almaniya və Gürcüstanda


18:16     21 Mart 2016 herbb.jpg

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, martın 21-dən 25-dək Qori şəhərində (Gürcüstan Respublikası) "Beynəlxalq həftə" tədbiri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) NATO qüvvələrinin qorunması və NATO qərargah zabitləri üçün tanışlıq kursları, martın 21-dən iyunun 9-dək isə Nova Qoritsa şəhərində (Sloveniya Respublikası) orta səviyyəli ingilis dili kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 765