PKK-ya qarşı əməliyyat: 5 şəhid


23:10     24 Mart 2016 pkka.jpg

Türkiyənin Mardin vilayətində PKK-ya qarşı aparılan əməliyyatda üç türk əsgəri şəhid olub.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı doqquz xüsusi təyinatlı yaralanıb.

Bildirilir ki, xüsusi təyinatlılar şəhərdəki binalardan birində əməliyyat keçirdiyi zaman partlayıcı qurğu işə düşüb.

Bundan başqa, Şırnak vilayətində keçirilən əməliyyat zamanı atışma baş verib, nəticədə yeddi əsgər yaralanıb. PKK-çıların partlayıcı qurğunu işə salması nəticəsində yaralanan təhlükəsizlik əməkdaşları xəstəxanaya yerləşdirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 903