PKK-ya gedən 5 milyon qutu siqaret ələ keçdi


01:44     24 May 2016 iqare.PNG

Türkiyənin Yüksəkova bölgəsinin Onbaşılar, Armutlu və Şəmdinli rayonunun Bozyamac kəndlərində keçirilən əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasına aid qaçaq yolla ölkəyə keçirilən 5 milyon siqaret qutusu müsadirə edilib.


Bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində 4 nəfər saxlanıb, polisin "təslim ol" əmrinə tabe olmayan terrorçu zərərsizləşdirilib.
İnformasiyada bildirilib ki, PKK İran və İraq ərazilərində özünün qanunsuz "gömrük məntəqələrini" yaradıb. Terrorçular qaçaq yolla həmin ərazilərdən çay və siqaret keçirir, yaxud qaçaqmalçılardan "vergi" toplayırlar.
Xəbərə əsasən, həmin "gömrük məntəqələri"ndən toplanan pullar isə terrorçu PKK-nın maliyyələşdirilməsinə sərf edilir.

Açar sözlər:

Oxunub: 1069