Saakaşvilidən Azərbaycanla bağlı mühüm layihə


16:36     10 İyun 2015 saakasvili8.jpg

Ukraynanın Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili Asiyadan Avropaya daşınan yüklərin Rusiyadan yan keçərək daşınması üçün bərə keçidi və logistik mərkəzlərin tikintisi ilə bağlı planlarını açıqlayıb


Femida.az-n xəbərinə görə Saakaşvili bildirib ki, Rusiyadan Avropaya yüklər 30 günə daşınır: “Azərbaycan və Gürcüstanın dəniz limanı Potidən Odessaya qədər yüklərin daşınması üçün cəmi 9 gün çəkə bilər. Bura biznesi gətirmək üçün yük daşımalarına tətbiq olunan tarifləri aşağı salmaq lazımdır. Tariflər yüksəkdir. İkincisi isə, bərə keçidləri, logistika mərkəzləri var”.

Gürcüstanın sabiq prezidenti vurğulayıb ki, Odessa böyük potensiala malikdir. Onun sözlərinə görə, artıq bərə keçidi və logistik mərkəzlərinin tikintisinə pul yatırmaq istəyən investorlarda var: “Planların reallaşdırılması üçün Odessa vilayətini korrupsiyadan təmizləmək lazımdır”.

Açar sözlər:

Oxunub: 863