Saakaşvilidən Azərbaycana dəstək: “Bir kərə yüksələn bayraq...”


17:39     06 Aprel 2016 sakasvili.png

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycana dəstək nümayiş etdirib.


Femida.az-ın məlumatına görə, Saakaşvili 2012-ci ildə Azərbaycan Milli Məclisində çıxışını öz Feysbuk səhifəsində yerləşdirməklə Azərbaycana dəstək nümayiş etdirib.

Eks-prezident çıxışında Azərbaycan dilində “Bir kərə yüksələn bayraq, bir daha enməz” deyə Azərbaycanı dəstəkləyib.

Saakaşvilinin bu addımı ermənilərin qəzəbləninə səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1016