Polislərə “WhatsApp” qadağası


21:35     28 Mart 2016 vatsap.jpg

Moskva polisinin messencer, elektron poçt, yerli və xarici sosial şəbəkələrindən istifadə etməsinə qadağa qoyulub.


Femida.az-ın “LifeNews” telekanalına istinadən verdiyi məlumata görə, söhbət “Telegram”, “Instagram”, “Twitter”, “Facebook”, “Viber”, “WhatsApp”, “Skype”, “VKontakte” və “Odnoklassniki” kimi saytlara girişə qoyulan qadağadan gedir. Bundan başqa, işlə bağlı məlumatların “Gmail.com”, “Mail.Ru” və “Rambler.Ru” kimi elektron ünvanlardan göndərilməsi də qadağan edilib.

“Foto, video və audioyazı etmək imkanına malik, həmçinin şəxsi işlə bağlı və təyinatı olmayan digər məlumatları ötürə biləcək şəxsi telefonların və cihazların istifadəsi qadağan olunur”, - deyə əmrdə deyilir.

Beləliklə, Moskva polisinin əməkdaşları bundan sonra yalnız Rusiya DİN-in rəsmi elektron ünvanlarından istifadə edə biləcəklər.

Açar sözlər:

Oxunub: 1249


Oxşar xəbərlər