BMT-dən çağırış


01:59     30 Mart 2016 un%20con.jpg

Suriya ilə həmsərhəd dövlətlərdə məskunlaşan hər 10 miqrantdan biri 2018-ci ilə qədər başqa ölkələrə yerləşdirilməlidir.


Femida.az xəbər verir ki, bu çağırışla BMT-nin Miqrantlar üzrə Ali Komissarlığı çıxış edib.

Məlumata görə, komissarlıq Türkiyə, İordaniya və Livanda məskunlaşan 4.8 milyon miqrantın onda birinin qarşıdakı 3 il ərzində başqa ölkələrə yerləşdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, BMT yaxın zamanda sözügedən məsələ ilə bağlı geniş konfrans keçirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 724