BMT-dən İsrailə mühüm vəzifə


22:19     14 İyun 2016 bmt6.jpg

İsrail bir çox qərarına əhəmiyyət vermədiyi BMT-nin daimi 6 komissiyasından birinin rəhbərliyinə seçilib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəzi üzvlərin etirazına görə, səsvermə gizli keçirilib. Səsvermə nəticəsində 175 səslə Hüquq Komissiyası rəhbərliyinə seçilən İsrail 1949-cu ildən bəri üzv olduğu BMT-də ilk dəfə bu səviyyəyə gəlib.

Qeyd edək ki, simvolik bir əhəmiyyət kəsb edən BMT Hüquq Komissiyası BMT-nin Baş Məclisinin 6 daimi komissiyasından biridir. Bu komissiyaya rəhbər seçilən ölkələr ümumiyyətlə uzlaşma yolu ilə seçilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1133