Ekologiya nazirliyini “Pasxa“ ilə nə birləşdirir?


18:39     13 Aprel 2015 mesihhh1.jpg

Yerli inanca görə, hər il aprel ayında "Pasxa" bayramından sonra havanın temperaturu yüksəlməyə başlayır. Bu inancın haradan gəlməsi haqda isə heç bir tarixi əsas yoxdur. 


Femida.az uzun illər meteroloji hadisə ilə dini bayram arasında əlaqə qurulmasının sirrini öyrənmək üçün illahiyyatçı Elşad Miriyə müraciət edib.

- Pasxa bayramı ilə hava temperaturunu əlaqələndirənlər Afrikanı, Avstraliyanı nəzərə almayıb. Onların da qayğısına qalmaq lazımdır,- deyə ilahiyyatçı bildirib.- Axı, orada hava həmişə isti olur. Lap, Pasxa yeni bitmiş kimi. Ümumiyyətlə hansısa meteroloji hadisəni dini inancla bağlamaq cahillikdir. Hətta Məhəmməd peyğəmbər belə buna qarşı olub. Oğlu İbrahim dünyasını dəyişəndə günəş tutulması baş verib. Əhalinin çaşğınlığını görəndə isə qəzəblənib. İndi biz də deyə bilərik ki, hansısa ağanın, üləmanın burnu qanayıb. Havalar ona görə sərt keçir. Belə şeylərə gülüb keçmək lazımdır.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 545