İki bankın səhmləri hərracda satıldı


20:26     30 Mart 2016 merkezi%20bank23.jpg

Azərbaycan Kredit Bankı ASC və Eurobank ASC-nin aktivlərinin hamısı açıq hərraca çıxarılıb.


Bunu Femida.az-a açıqlamasında bu banklara ləğvedici təyin olunan Azerbaijan İnternational Consultinq Company MMC-nin direktoru Natiq Yusifoğlu bildirib.

Onun sözlərinə görə, hərraca çıxarılan aktivlərin böyük bir hissəsi də artıq satılıb.

"Satışdan əldə olunan vəsait Mərkəzi Bankdakı xüsusi hesaba toplanılır. Bundan sonra isə əmanətçilərə proporsional faizlə paylanılır", - N.Yusifoğlu qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 832