“Azərbaycanla ümumi maraqlarımız var” - Con Kerri


12:52     31 Mart 2016 ilham%20eliyebv%20con%20kerii.jpg

“Azərbaycan prezidenti İlham Əliyevi ABŞ-da salamlamaqdan məmnunluq duyuruq. Bizim hazırda üzərində işlədiyimiz çox sayda ümumi maraqlarımız var”.


Femida.az-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi press-brifinqdə deyib.

O, Azərbaycana Əfqanıstandakı sülhməramlı səylərə verdiyi töhfəyə görə minnətdarlığını bildirib: “Məlumdur ki, Azərbaycan hazırda mürəkkəb regionda yerləşir. Biz Azərbaycanın həyata keçirdiyi “Cənub Qaz Dəhlizinə” dəstəyimizi bildirmişik. Bu Avropanın uzunmüddətli strateji maraqları baxımından, o cümlədən enerji resurslarının diversifikasiyası baxımından çox böyük addımdır”.

O görüşdə terrorizmə qarşı mübarizə və Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli məsələsini müzakirə etdiklərini bildirib: “Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ehtiyac var”.


Açar sözlər:

Oxunub: 1239