Yeni Qvineyada güclü zəlzələ oldu


12:59     02 Aprel 2016 zelzele31.jpg

Papua-Yeni Qvineya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.


Femida.az xarici KIV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Vevak şəhərindən 147 şərqdə, ocağı isə 15 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə, həmçinin sunami təhlükəsi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, fevralın 8-də Papua-Yeni Qvineyada 6,7 bal gücündə zəlzələ baş verib.

Açar sözlər:

Oxunub: 907