Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti ləğv edildi
14:41 03 Aprel 2016
Nazirlər Kabineti Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda dəyişiklik edib.
Femida.az APA-ya istinadən xəbər verir ki, bu Qaydalar mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslərə şamil olunur.
Qaydalara əsasən indiyə qədər avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyi tərəfindən verilirdi. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalı idilər. Dəyişikliyə əsasən Bakı şəhəri üzrə sərnişin daşıma ilə bağlı Nəqliyyat Nazirliyinin bu sahədəki səlahiyyətləri ləğv olunub. Başqa sözlə, bundan sonra Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyi tərəfindən veriləcək. Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.
Oxunub: 1168
Oxşar xəbərlər
- Nəqliyyat xidmətlərinin qiymətləri ucuzlaşıb
- Nəqliyyat Nazirliyi ləğv olundu - SƏRƏNCAM
- Nəqliyyat Agentliyi taksilərlə bağlı reydlərə başladı
- Nəqliyyat üzrə yeni komitə yaradılır
- Nəqliyyat Nazirliyinin daha bir səlahiyyəti ləğv edilib
- Nəqliyyat Nazirliyi daha bir səlahiyyətini itirib
- Nəqliyyatda yükdaşıma qiymətləri bahalaşıb
- Nəqliyyatda yeni ödəniş metodu yaradılır
- Nəqliyyat Nazirliyi daha bir səlahiyyətini itirdi
- Nəqliyyat Nazirliyinin səlahiyyəti azaldıldı - FƏRMAN