Xəzərdən daha bir meyit tapıldı - Neftçi ola bilər


16:14     03 Aprel 2016 neftci%20meyit.jpg

Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, Azərbaycanın Türkmənistandakı səfirliyindən alınmış məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb.

Açar sözlər:

Oxunub: 1136