Xəzərdən daha bir neftçinin meyiti tapıldı
15:14 02 Mart 2017
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərargahdan Femida.az-a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 28-də dənizin “Pirsaat daş silsiləsi” ərazisində tapılan meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış, 1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu olduğu rəsmən təsdiq edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Femida.az
Oxunub: 1204
Oxşar xəbərlər
- Xəzərdən 21 yaşlı oğlanın meyiti tapıldı
- Xəzərdən kişi meyiti tapıldı
- Xəzərdən balıqların diddiyi meyit tapılıb
- Xəzərdən meyit tapıldı - İtkin düşən neftçidir?
- Xəzərdən kişi meyiti tapıldı
- Xəzərdən meyit tapıldı
- Xəzərdən kişi meyiti tapıldı
- Xəzərdən daha bir meyit tapıldı - Neftçi ola bilər
- Xəzərdən tapılan meyitlərlə bağlı DİN-dən açıqlama
- Xəzərdən Suriyaya raket atan azərbaycanlı imiş (FOTO)