28 erməni hərbçi Qarabağda itkin düşüb


04:12     06 Aprel 2016 itkin8.jpg

Ermənistan tərəfi cəbhə xəttində döyüşlər zamanı verdiyi itkilərin bir qismini açıqlayıb.


Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Dağlıq Qarabağ separatçı rejimi bu dəfə də real itkiləri gizlədərək ictimaiyyəti aldatmağa çalışıb.

Bildirilib ki, döyüşlər zamanı "Dağlıq Qarabağ ordusu"nun 29 hərbçisi ölüb (7 zabit, 22 çavuş və müqaviləli hərbçilər və əsgərlər), 101 hərbçisi isə (20 zabit, 81 çavuş və müqaviləli hərbçilər və əsgərlər) yaralanıb.

Həmçinin bildirilir ki, itkin düşən hərbçilərin sayı 28 nəfərdir. Hərbi texnikaya gəlincə, Qarabağ separatçıları 14 tankın məhv edildiyini bildirir.

Göründüyü kimi, düşmən tərəfin açıqladığı rəqəmlər tam reallığı əks etdirmir. Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, bir neçə gün ərzində cəbhə xəttində davam edən döyüşlərdə erməni tərəfi yüzlərlə hərbçisini itirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1728