Rus zabiti öldürüldü


20:49     06 Aprel 2016 syria.jpg

Rusiyanın Orenburq şəhər mətbuatı Suriyada daha bir rus hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yayıb.


Femida.az xəbər verir ki, öldürülən Vadim Tumakov 10 il əvvəl (2002-2004) Rusiya DİN-ə məxsus “Vityaz” xüsusi təyinatlı dəstəsində hərbi xidmət keçib. Bu barədə Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Vasili Pançenkov məlumat verib. Pançenkov deyib ki, xidmət müddəti bitdikdən sonra o, tərxis olunub.

Rus rəsmi Tumakovun daha sonra nə işlə məşğul olduğundan xəbərsiz olduğunu bildirib. Rus zabitinin ölümünü xəbər verən Orenday.ru saytı məlumatı onun qohumlarından aldığını bildirmişdi.

Məlumata görə, Tumakovun cəsədi Orenburq vilayətində yerləşən kəndinə çatdırılıb. Tumakovun qohumu deyib:

“O, müqavilə üzrə xidmət edirdi. Ezamiyyətləri uzunmüddətli olurdu. Vadim tez-tez ona verilən suallardan qaçırdı. Harada olduğunu, nə iş gördüyünü heç vaxt danışmazdı. Xeyirxah, güclü adam idi. Əsl igid idi. Ölümünün təfərrüatları bizə məlum deyil”.

Yerli mətbuatın bildirdiyinə görə, Tumakovun cəsədi kəndinə həftə yarım əvvəl gətirilib.

Açar sözlər:

Oxunub: 938