Peskov Dağlıq Qarabağdakı vəziyyətdən danışdı
19:27 07 Aprel 2016
“Dağlıq Qarabağda vəziyyət dayanıqlı olmaqdan uzaqdır”.
Femida.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Sözsüz ki, vəziyyət dayanıqlı olmaqdan uzaqdır. Ona görə də əldə edilənlərlə kifayətlənmək sadəcə, mümkünsüzdür və kimsə belə etməyə hazırlaşmır”, - deyə o, söyləyib.
D. Peskovun fikrincə, ümumən durum geriyə doğru dəyişib:
“Hərbi əməliyyatların başlanmasına qədər münaqişənin tənzimlənməsi istiqamətində müsbət addımlar atılmışdı. Hazırda isə təəssüf ki, geriyə doğru inkişaf baş verib və yenidən səyləri bərpa etməyə başlamaq lazımdır. Sözsüz, bu dəfə də atəşin dayandırılması məqsədilə müxtəlif səviyyələrdə kifayət qədər operativ və böyük işlər görülüb. Rusiyanın bu fəaliyyəti proses iştirakçıları tərəfindən də vurğulanıb. Əlbəttə, Moskva bu xətti davam etdirəcək”.
Rusiyanın həmsədr ölkələrdən biri olduğunu xatırladan D. Peskov Moskvanın münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ilk günlərdən böyük səy göstərdiyini da bildirib.
Femida.az
Oxunub: 1691
Oxşar xəbərlər
- Peskov Lapşinlə bağlı sualı cavabsız qoydu
- Peskovdan İŞİD açıqlaması
- Peskovdan Qarabağ açıqlaması - `Hələlik söyləməli bir şey yoxdur`
- Peskov: “Azərbaycan ərazisinin 20 faizi işğal altındadır“
- Peskov Türkiyəni ittiham etdi
- Peskov Türkiyədəki seçkilərdən danışdı
- Peskov Putinlə bağlı planlarından danışıb