Hollandiya Avropa Birliyini dağıtmaq niyyətindədir


19:25     07 Aprel 2016 niederlande-ukraine-referendum-eu.jpeg

Hollandiyalılar referendumda Ukraniyanın Avropa Birliyinə daxil olması müqaviləsinin əleyhinə çıxıb.


Femida.az welt.de-ə istinadən xəbər verir ki, Ukraniyanın Avropa birliyinə daxil olması haqqında müqaviləni ötən gecə baş tutan referendumda Hollandiya ratifikasiya etməyib. Hollandiya Avropa Biriliyinə daxil olan dövlətdir ki, müqaviləyə qarşı çıxır.

Belə ki, 2013-cü ilin payızından müqvilənin imzalanması mümkün olmur. Rusiya Ukraniyanı ticarətlə bağlı çətinliklər yaratmaqda hədələyib. Bununla əlaqədar Ukraniyanın eks-prezidenti Viktor Yanukoviç müqavilədən imtina edib və bunun əleyhinə Kiyevdə 100 dən çox insanın həyatı bahasına başa gələn etirazlar baş verib. Daha sonra Krım məsələsi də vəziyyəti çətinləşdirib.

İndi isə bu müqavilə hollandiyalılar tərəfindən qəbul edilmir. Onlar açıq şəkildə bildirir ki, Ukraniya bizi maraqlandırmır. Əsl məqsəd Hollandiyanın Avropa birliyindən çıxmasıdır. Sağyönümlü populistlər artıq Avropa Birliyinin sonunun çatması fikirindədir. Lakin bu məsələ qeyri-mümkün olduğu üçün hollandiyalılar bütün fürsətlərdən istifadə edir ki, Hollandiya ilə Avropa birliyi arasındakı gərginlik daha da kəskinləşsin.

Xatırladaq ki, 2005-ci ildə hollandiyalıların 3/2-i Avropa Birliyi kostitusiyasının əleyhinə səs verib. Onlar artıq bütün yollarla Avropa Birliyinə qarşı çıxmağa cəhd edirlər.

Vüsal Abbaszadə

Femida.az

Açar sözlər:

Oxunub: 831