Bu ölkənin adı dəyişdirilir
18:44 14 Aprel 2016
Xarici işlər naziri Lubomir Zaoralek hökumətin ölkənin rəsmi adının dəyişdirilməsi üçün qərar aldığını və bu mövzudakı qanun layihəsinin həftə ərzində parlamentə təqdim olunacağını açıqlayıb.
Femida.az xəbər verir ki, dəyişiklik reallaşarsa, ölkənin adı bundan sonra Çekya olacaq.
Məlumatda qeyd edilir ki, Çexiya parlamentinin qərarının ardından da Birləşmiş Millətlər Təşkilatına rəsmən müraciət edilərək ölkənin yeni adının qeydiyyatlara bu şəkildə alınması tələb ediləcək. Nazir hökumətin yekdilliklə aldığı bu qərarın arxasında ölkənin adının müxtəlif dillərdə fərqli bir şəkildə deyilməsindən duyulan narahatlığın dayandığını vurğulayıb.
Çexiyanın (ingiliscə Czechia) altı dünya dilində, yəni ərəbcə, çin, ingilis, ispan, fransız və rus dillərində eyni şəkildə deyilməsinin rahatlıq yaradacağı və bunun da ölkənin milli identikliyi baxımından faydalı olacağı gözlənilir.
Çexiyada əslində ad mübahisələri bir müddətdir davam edirdi. Bir qisim siyasətçi hətta ölkənin adının Çekistan olmasını da müdafiə edir.
Dövlət başçısı Miloş Zeman bir müddətdir ki, ingilis dilində danışıqlarında ölkəsini Czechia adlandırırdı.
Oxunub: 1255
Oxşar xəbərlər
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- PA rəsmisi: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır"